Gəncədə keçmiş məhkumdan tapança götürüldü 

13:43 03.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncə şəhər sakinindən oldu silah götürülüb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı oradan nömrəsi silinmiş “Makarov” markalı tapança və 4 ədəd patron aşkar edilərək götürülüb.

 

Araşdırma aparılır.